Cənubi Amerika ölkəsi olan Surinamda koronavirus xəstəsi qalmayıb.
Modern.az xəbər verir ki, ölkədə infeksiyaya yoluxan 10 nəfərdən 1-i vəfat edib, 9-u sağalıb.
Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı Surinamı koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.
Qeyd edək ki, bundan öncə Qrelandiya, Sent-Bartelemi, Folklend Adaları və Anguillada koronaviruslu xəstə qalmayıb.
T.İSMAYIL