Modern.az

KİVDF: “Qaradağla bağlı müsabiqənin nəticələri gələn həftə açıqlanacaq”

KİVDF: “Qaradağla bağlı müsabiqənin nəticələri gələn həftə açıqlanacaq”

4 May 2012, 12:44

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF Qaradağ Rayon İcra Hakimiyyəti ilə birlikdə ) jurnalistlər arasında keçirdiyi yazı müsabiqəsinin vaxtı bu gün bitir. Modern.az müsabiqənin nəticələri ilə maraqlanıb.

KİVDF-nin aparıcı mütəxəssisi Rəşad Rəhimovun verdyi  məlumata görə, müsabiqə üçün ayrılan vaxt bu gün bitir. Ona görə də, hesablamalar hələ aparılmayıb. Müsabiqə ilə bağlı hesablamalar və müsabiqənin nəticələri haqda məlumat həftənin birinci günü yayımlanacaq.

Onun sözlərinə görə, hələ Qaradağ rayonundan başqa paytaxtın digər rayonlarında müsabiqənin aparılacağı məlum deyil: “ Növbəti belə müsabiqənin nə vaxt və harada keçiriləcəyi dəqiqləşməyib. Amma hər il olduğu kimi, bu il də mətbuatımızın yaranması ilə bağlı müsabiqə elan olunacaq. Bu il də belə bir müsabiqə gözlənilir. Bunu hər il may ayında başlayırdıq. Amma hələ ki, hansısa  bir icra hakimiyyəti ilə birgə olması bəlli deyil.  
Ümumiyyətlə icra hakimiyyətləri, nazirliklərlə də birgə müsabiqələrin olması gözlənilir. Hələki bu barədə dəqiqləşmələr aparılmadığından bir məlumat deyə bilmərik”.

Gültəkin Ələsgər
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu