Modern.az

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

4 May 2012, 13:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. 

Havanın temperaturunun gecə 10-15 dərəcə isti, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 5-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. 

Havanın temperaturunun gecə 11-16 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir. 

Ümumiyətlə, mayın 5-6-da ölkə ərazisində hava şəraitinin nisbətən qeyri-sabit keçəcəyi, havanın tutulub açılacağı, əsasən gecə və axşam saatlarında qısamüddətli az yağış yağacağı gözlənilir. Abşeron yarımadasında arabir güclənən şimal küləyi əsəcək. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu