Bu gün bütün dünyada “Sağ ol” Beynəlxalq günü keçirilir. Modern.az-ın məlumatına görə, 11 yanvarı il təqvimizdə ən səmimi gün hesab etmək olar. Beynəlxalq “Sağ ol” günü - (International Thank You Day) bütün dünyada diqqət və minnətdarlıq günü kimi qeyd olunur.
Minətdarıq sözü ilahi mənaya malikdir- onun köməyi ilə insanlar bir-birinə sevinc bəxş edir, diqqətlərini ifadə edir və müsbət emosiylarını çatdırırlar. Onsuz insan həyatı qaranlıq və darıxdırıcı olardı. Psixoloqlara görə, ”sağ ol“ sözü insanı rahatlayan, insanı isidən bir hissdir.