Modern.az

Nəqliyyat Nazirliyi sərnişindaşıma şirkətlərinə xəbərdarlıq edib

Nəqliyyat Nazirliyi sərnişindaşıma şirkətlərinə xəbərdarlıq edib

4 May 2012, 13:17


Son günlər qəza törədən sərnişin avtobuslarının sayı artıb. 2 həftə ərzində baş verən bu qəzalarda 30-dan çox insan müxtəlif bədən xəsarətləri alaraq xəstəxanalar çatdırılıb. Dünən Bakı şəhəri Sabunçu rayonunda da iki sərnişin avtobusu qəzaya uğrayıb. 93 saylı avtobusla, 204 saylı avtobus toqquşması nəticəsində 17 nəfər yaralanıb. Ona görə son vaxtlar sərnişin avtobuslarında qəzaların artması hər gün bu nəqliyyat vasitəsindən istifadə edən insanları qorxuya salıb. Bununla əlaqədar Nəqliyyat Nazirliyində müşavirə də keçirilib.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov Modern.az-a açıqlamasında dünən bu məsələ ilə bağlı nazirlikdə müşavirə keçirildiyini deyib:

“Dövlət avtomobil nəqliyyatı xidmətinə, Bakı şəhər sərnişindaşıma, Nəqliyyat Nazirliyinin Fövqəladə hallar və təhlükəsizlik şöbəsinə konkret tapşırıqlar verilib və yoxlamalar aparılacaq. Bütün xoşagəlməz hallar və nöqsanlar tez bir zamanda aradan qaldırılacaq. Sahibkarlara da xəbərdarlıq edilib ki, sürücülərlə müqavilə bağlayarkən onların iş stajı və təcrübəsi nəzərə alınmalıdır. Onların sürücülük vəsiqəsi varmı, “Avtomobil nəqliyyatı haqqında” qanuna uyğun gəlir ya yox. Bunlar hamısı nəzərə alınmalıdır”.

Nazirlik rəsmisi hər dəfə belə qəza baş verəndə opretiv toplantı keçirildiyini və tapşırıqlar verildiyini bildirib:

“Reydlər mütamadi olaraq aparılır. Sadəcə olaraq dünəndən etibarən gücləndirilmiş qaydada aparılır”.

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu