Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycanda bir neçə səhiyyə işçisi korrupsiya faktı ilə əlaqədar saxlanılıb. Belə ki, Baş prokuror yanında Korrupsiya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Bakının Xəzər rayonunda, 26 saylı Mərdəkan və 14 saylı Buzovna xəstəxanalarında əməliyyat keçirib. Həyata keçirilən xüsusi əməliyyat nəticəsində 14 saylı Buzovna xəstəxanasının baş həkimi Oqtay Salamov və daha bir neçə həkim şübhəli şəxs qismində saxlanılıb. Onlar rüşvət almaqda günahlandırılırlar.
Qeyd edək ki, 4 saylı Buzovna xəstəxanasından faktı təsdiqləsələr də, bu barədə ətraflı açıqlama verilməyib.26 yaşlı Mərdəkan Xəstəxanasından isə hazırda xəstəxanada prokurorluq tərəfindən əməliyyat aparıldığını bildiriblər.
Modern.az