Milli Məclisin bir qrup deputatı Serbiyada mayın 6-da keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Belqrad şəhərinə səfər edəcək.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Azay Quliyev ATƏT Parlament Assambleyasının müşahidəçilər missiyasının tərkibində, millət vəkili Fazil Mustafa isə Avropa Şurası Parlament Assambleyasının xətti ilə prosesin gedişini izləyəcəklər.
Milli Məclisdən verilən məlumata görə, deputatlar bir sıra seçki məntəqələrində olacaq, təşkilatı məsələlər, elektoratın fəallığı ilə maraqlanacaqlar. Səfər mayın 7-də başa çatacaq.
Modern.az