Modern.az

Millət vəkili Vahid Əhmədov seçiciləri ilə görüşüb

Millət vəkili Vahid Əhmədov seçiciləri ilə görüşüb

4 May 2012, 15:16


Modern.az-ın
məlumatına görə, millət vəkili Vahid Əhmədov parlamentdə tımsil etdiyi Quba şəhərində bir qrup seçicisi ilə görüşüb. Deputat görüşə yazılan 27 seçicinin hər biri ilə ayrı-ayrılıqda görüşərək onların  problemlərini dinləyib.

Seçicilərlə görüşdə ən  çox  qabardılan  məsələlər-ev, torpaq  və  iş  məsələləri  olub. Bildirilib ki, əvvəlki  və  son  qəbullarda  qaldırılan  məsələlər  üzrə  aparılan  analizlər  göstərir  ki, Quba  şəhərində  çox  sayda  ailə  yaşayış  üçün  uyğunlaşdırılmış  köhnə  tikililərdə  və  bəziləri  kirə  evlərdə  yaşayırlar  ki, bu  da  onların  haqlı  narazılıqlarına  səbəb  olur. Bu  məsələnin  həlli  yolları mütləq  rayonun  müvafiq  təşkilatları  tərəfindən araşdırılmalı  və  lazımi   qərarlar  qəbul  olunmalıdır.

Qeyd edilib ki, hal-hazırda  Quba  şəhərinin  abadlaşdırılması  istiqamətində  böyük  işlər  görülür.Paralel  olaraq  su  və  kanalizasiya  sistemləri  yenidən  qurulur və  bu  işlər  qubalılarda böyük  sevincə  səbəb  olub.Deputatın  da  Quba  rayonunda  tez-tez  olması  görülən  işlərdə  yaxından  iştirak  etmək, deputat  səlahiyyətləri  çərçivəsində  kömək  etməkdir.

Ənənəyə  uyğun  olaraq  qəbuldan  sonra Vahid  Əhmədov  rayonun  icra  başçısı  ilə  görüşüb, rayon  və  sakinlər  üçün  aktual  oplan  məsələlər  bir  daha  birgə nəzərdən  keçirilibdir.
                             

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu