Modern.az

“Şuşa Pənahabad” kitabının təqdimat mərasimi olub FOTOLAR

“Şuşa Pənahabad” kitabının təqdimat mərasimi olub FOTOLAR

4 May 2012, 15:19

Bu gün Dağlıq Qarabağın azərbaycanlı icmasının qərargahında “Şuşa Pənahabad” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Milli Məclisin sədr müavini Bahar Muradova, millət vəkilləri Elman Məmmədov, Bəxtiyar Sadıqov, Qarabağ İcmasının üzvlərindən Kamal Abdulla, Fərhad Bədələyli və Azərbaycan Dövlət  Televiziyasının rəhbəri Arif Alışanov iştirak ediblər.

Kitabın müəllifi, deputat Yaqub Mahmudov bildirib ki, “Şuşa Pənahabad” kitabı əslində vətəndaşlıq ruhunun bir təzahürüdür. O qeyd edib ki, bu kitabı oxuyan hər bir şəxs nəyi itirdiyimizin fərqində olacaqdır: “Düşmən durmandan işləyir. Biz də bu kitabı oxuyandan sonra onlara cavab verməyi özümüzə borc biləcəyik”

Tədbir zamanı iştirakçılara eyniadlı film də nümayiş olunub. Film Azərbaycan Dövlət Televiziyası tərəfindən çəkilib və mayın 8-də yayımlanacaq.

Qeyd edək ki, “Şuşa Pənahabad” kitabı Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix İnstitunun Elmi Şurasının qərarı ilə çap olunub. Layihə rəhbəri Milli Elmlər Akademiyasının müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Məmmədovdur. Kitabın məsləhətçiləri ilə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin sədri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və Şuşa rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasovdur.

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu