Modern.az

İctimai Palatanın mitinqi təxirə salındı

İctimai Palatanın mitinqi təxirə salındı

4 May 2012, 15:52

İctimai Palata mitinqdən imtina etdi

 

 İctimai Palata mayın 6-na təyin etdiyi mitinqini təxirə salıb. Bu barədə Müsavat Partiyasından Modern.az-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti mitinqə münasib yer ayırmadığı üçün İctimai Palata mayın 6-a təyin etdiyi mitinqdən imtina edib.

Qeyd edək ki, İctimai Palata mayın 7-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirmək haqda qərar qəbul edib.

Xatırladaq ki, İctimai Palata 6 may mitinqi üçün Bakı Şəhər İcra Hakimiyyətindən “İnqilab”, “Təbriz” kinoteatrlarının qarşısında və Nərimanov rayonunun Təbriz prospekti ilə kəsişməsindən başlayaraq Əliyar Əliyev küçəsi ilə keçməklə “Nərimanov” parkınadək olan yerləri istəsə də Meriya müxalifətə yenə Səbail rayonu ərazisində, 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin meydançasında keçirilməsini təklif edib.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu