Modern.az

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - daha 76 nəfər yoluxdu

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - daha 76 nəfər yoluxdu

Hadisə

5 May 2020, 17:12

Azərbaycanda 76 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Hazırkı dövrədək ölkəmizdə 2060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1508 nəfər müalicə olunaraq sağalmış, 26 nəfər vəfat etmiş, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 164.481 test aparılmışdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi