Modern.az

Avropada qadağan olunan elektron siqaretlər Bakıda necə satılır? – Araşdırma

Avropada qadağan olunan elektron siqaretlər Bakıda necə satılır? – Araşdırma

4 May 2012, 16:51

Bu siqaretlər Səhiyyə Nazirliyi tərəfindən qeydə alınmayıb


Tütündən asılılığın qarşısını almaq üçün hər il milyardlarla dollar xərclənir. Bu isə istehsalçıları siqareti tərgidənləri cəlb etmək üçün yeni üsullar axtarmağa məcbur edir. Buna görə də həmin gəlirlərin bir hissəsi əsasən yeni vasitələr yaratmaq üçün xərclənir. Məsələn, bu vasitələrdən biri də elektron siqaretlərdir. Lakin VİP siqaret adı altında bazara çıxarılan bu siqaretlərin də adi siqaretlər kimi insan orqanizminə müxtəlif əks təsirləri var. Artıq ABŞ-da və Avstraliyada onların satışı qadağan edilib.
Əvvəlcə qısa bir araşdırma aparaq.

Dəhşət saçan rəqəmlər

Aparılan araşdırmalar görə, orta statistik siqaret istifadəçisi gündə təxminən 15 siqaret çəkir. Məlumata görə, bu pis vərdişin insana zərərilə bağlı növbəti araşdırmanı aparan yerli alimlər sənayesi inkişaf etmiş ölkələrdə, həmçinin postsovet respublikalarında bu göstəricinin daha yüksək olduğunu müəyyənləşdirib – 18 siqaret. İnkişaf etməkdə olan ölkələrdə 1 şəxs gündə orta hesabla 14 siqaret çəkir.

Alimlər bildirir ki, 5 siqaretdə insanı öldürəcək həcmdə nikotin var. Hər siqareti çəkərkən insanın orqanizminə 1-2 milliqram nikotin gedir. Qalanı ya yanır, ya da siqaretin çəkilməmiş hissəsində yığılıb qalır. Ümumilikdə siqaret tüstüsündə 50-dən artıq kimyəvi maddə var və onların içərisində xeyli toksik maddələrə rast gəlinir. 11 maddəni mütəxəssislər «təhlükəli» kateqoriyasına aid edir.

Araşdırma göstərib ki, siqaret çəkən şəxs çəkməyənlə müqayisədə 13-14 il az yaşayır. 1 siqaret insanın ömrünü 5 dəqiqə 30 saniyə azaldır.

Elektron siqaret tütün  məhsulları ilə mübarizədə ən axırıncı yollarından biri kimi göstərilsə də amma bu da öz effektivliyini təsdiqləmədi. Artıq bəzi ölkələrdə elektron siqaretlər də adi siqaretlərlə eyni tutularaq, onların çəkilməsi qadağan edilib.

Elektron siqaret nədir?

Elektron siqaretləri ilk dəfə Ruyan Group Ltd ( keçmiş Golden Dragon Group Ltd) Honkonq şirkəti ixtira edib və 2003-cü ildə pantentləşdirib.  Elektron siqaretlərin satışına isə Argentinada başlanılıb. Elektron siqaretlər xarici görnüşünə görə, adi siqaretlərdən fərqlənmirlər. Onlar akkumlyatordan, buxar generatordan və ətirli maye ilə doldurulmuş dəyişik katriclərdən ibarət olan borucuqdur. Katricində olan maye isə nanə, tütün, çiyələk və vanil ətirlidir. Siqaretin ucu qullab vaxtı yanır, çəkən adam “tüstünü” alanda bu çəkmə prosessini təqlid etməyə imkan verir. Qeyd edək ki, e-siqaretin qiyməti 65 manatdan başlayır və dizaynına görə qiymətlər dəyişir.

Onlarla internet saytında "möcüzə məhsul"  deyə təqdimatı edilən elektron siqaretlər ölkəyə daxil olna bir preparat kimi  heç Səhiyyə Nazirliyindən qeydiyyatdan keçmir.

Rəsmi mövqe

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin sözçüsü Anar Qədirli isə bu vasitələrin nazirlikdə qeydiyyatdan keçmədiyini deyir: “Elektron siqaretlər, yeməyə əlavələr və s kimi vasitələr dərman preparatı olmadığından nazirlik tərəfindən qeydiyyata alınmır. Belə vasitələrə yalnız gigienik qaydalara uyğunluq sertifikatı verilir”.   

VIP-Smoke –un Bakı nümayəndəliyinin satış üzrə meneceri Rübabə İsmayılova isə deyir ki, siqareti tərgitmək istəyənlər bu vasitəyə müraciət edirlər: “Elektron siqaretlər Bakıda il yarımdır satılır. Qısa müddət olsa da alanların sayı çoxdur. Nəticəsini görən hər kəs bunu almağa can atır. Siqaretlə yanaşı istifadə qaydaları üçün də təlimat verilir. Təlimata uyğun olaraq siqaretlərin içinə maye tökülür. Mayenin miqdarı 12 milliqramdır. Həmin mayenin qiyməti isə 12 manatdır. Siqaret maye qurtaranadək istifadə olunur. Bir elektron siqaret 14-15 paçka adi siqareti əvəzləyir. Ona görə də bu vasitəyə müraciət edənlərin sayı çoxalıb”.

Gün ərzində siqaretin çəkilmə miqdarından asılı olaraq qiymətlər də dəyişir. Belə ki,  hər gün 1 qutu  siqaret çəkənlərə elektron siqaret 100 manata, 1 qutudan artıq çəkənlərə isə 170 manata başa gəlir. Qiymətlər həm də siqaretin “zaryadka” saxlamağına görə də dəyişir. Bu isə  alıcıları daha çox enerji saxlayanları almağa vadar edir. Rübabə İsmayılovanın sözlərinə görə, elektron siqaretlər əks effekt vermir: “Bu siqaretlərin tərkibindəki maye distillə edilmiş su və “pişevoy” aromotizatorlardır. Maye insan bədənini  teropevtik nikotinlə təmin edir. Bu isə hamının orqanizmində var. Ona görə də heç bir əks təsir göstərmir”.               

“Xeyrini görməmişik”

20 ildir siqaret alüdəçisi olan İlham Kərimov bu zərərli vərdişindən  yaxasını qurtarmaq üçün elektron siqaret istifadə etsə də, nəticəsini görmədiyini deyir: “Bir müddət öncə siqareti atmaq üçün elektron siqaret aldım. İki-üç dəfə istifadə edəndən sora bütün bədənim qaşınmağa başladı. Allergiyam olmadığından bu vasitənin məndə əks təsir yaratdığını bildim. Gördüm vəziyyətim daha da ağırlaşır ona görə də siqareti atmaq həvəsim öldü. Daha elektron siqaretdən istifadə  etmədim”. 

Tariyel Ələkbərov da elektron siqaretin onda əks təsir yaratdığını dedi: “Kifayət qədər baha olmasına baxmayaraq siqaret vərdişimi tərgitmək üçün VİP smoke aldım. Amma gördüm ki, daha çox öskürürəm və boğazım qıcıqlanır. Ona görə də bu vasitədən də imtina etdim”.   

“Bunun perespektivini görmürəm”

Tibb Universitetinin professoru, həkim Aqil Qeybulla e-siqaretlərin bu zərərli vərdişi tərgitməkdə elə də effektiv nəticə vermədiyini söylədi: “Bütün dünyada birmənalı statistika var ki, hər 20 nəfər siqaret çəkən insandan birində ağciyər xərçəngi inkişaf edir. Bu xəstəliyə tutulan insanların 98 faizi məhz siqaret çəkənlərdir. Bütün bunlar siqaretin tərkibində olan zərərli maddələrin insan orqanizminə çökməsinin nəticəsidir. Burada tək nikotindən söhbət getmir. Siqaretin tərkibində olan  konsorogen təsirli benzaklin törəmələri də bu zərərli maddələr sırasına qatmaq olar. Həmin maddələr bronxlara çökür, bronxun epitelində mutasiya yaradır. Son nəticədə ağciyərin xərcənginə gətirib çıxarır. Və siqaretin imitasiyası ilə həyata keçirilən elektron siqaretlərdən vətəndaş heç nə qazana bilməyəcək. Çünki bu siqaretlərində tərkibində zərərli maddaələr var. Bir zərərli maddənin digəri ilə əvəz olunması heç bir müsbət nəticə vermir. Bu yalnız siqaretin tərgidilməsi üçün atılan bir addımdır. Amma bunun prespektivini görmürəm. Siqaretin tərgidilməsi barədə yalnız təbliğatı gücləndirmək lazımdır. Bu təbiğatı da daha çox xəstənin iradəsinin üzərində qurmaq lazımdır.

Gültəkin Ələsgər

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi