Modern.az

İşdən çıxarılan icra başçısı: Üç ali məktəbin məzunu ol, axırı da belə... - DOSYE

İşdən çıxarılan icra başçısı: Üç ali məktəbin məzunu ol, axırı da belə... - DOSYE

Hadisə

6 May 2020, 15:54

Prezident İlham Əliyevin mayın 6-da imzaladığı sərəncamla Vilyam Fəhralı oğlu Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, Vilyam Hacıyev 14 aprel 2012- il tarixdən İmişli rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyirdi.

Yayılan məlumatlara görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları dünən İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçiriblər.

Qeyd edilir ki, İcra Hakimiyyətində ciddi qanun pozuntuları aşkarlandığından Vilyam Hacıyevin həbs olunacağı gözlənilir. 


Vilyam Hacıyev kimdir?

Modern.az onun qısa tərcümeyi-halını təqdim edir:

Vilyam Fəhralı oğlu Hacıyev 10 avqust 1957 -ci ildə keçmiş Xanlar (indiki Göygöl ) şəhərində anadan olub. 1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirib.

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


Əmək fəaliyyəti:

- 1979-1998-ci illərdə Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə çalışıb.

- 23 fevral 1999-cu il tarixdən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri işləyib;

-02 aprel 2002-ci il tarixdən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsini tutub;

-26 mart 2004-cü il tarixdən Göygöl (keçmiş Xanlar) rayon İcra hakimiyyətinin başçısı vəzifəsində işləyib.

07 fevral 2006-cı ildən Samux rayon İcra Hakimiyyətinin başçısı postunu tutub;

14 aprel 2012-ciil tarixdən 6 may 2020-ci il tarixinədək İmişli rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyib.

 
A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi