"Facebook" platforması İsraillə iş birliyi edərək fələstinlilərin sosial şəbəkə hesabını bağlayır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, "Facebook" platforması İsrail hakimiyyət orqanlarının şikayəti ilə əks tərəfin mövqeyini öyrənmədən fələstinli jurnalist və fəalların hesablarını dondurur. Bundan başqa, şəbəkə Fələstinin leyhinə olan yazıları da silir.
2016-cı ildə "Facebook"la müqavilə bağlayan İsrail tərəfi 2017-ci açıqlamışdı ki, şikayətlərinin 85 faizi təmin olunub. Yəni "Facebook" İsrailin şikayət və təkliflərinin əksəriyyətini nəzərə alıb.
Xatırladaq ki, ötən il Beynəlxalq İnsan Hüquqları Siyasəti Agentliyi (İMPACT) İsraili "Facebook"la ikitərəfli əlaqələrindən istifadə edərək fələstinlilərlə internet üzərindən müharibə aparmaqda günahlandırıb.