“Samsung” şirkətinin vitse-prezidenti və varisi Lee Jae-Yong rüşvət qalmaqalına səbəb olduğu üçün hamıdan üzr istəyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, vitse-prezident Cənubi Koreyanın paytaxtı Seulda təşkil etdiyi mətbuat konfransında həmkarlar ittifaqında yaranan problemlərə, korrupsiya və rüşvət qalmaqalına səbəb olduğu üçün xalqdan üzr istəyib.
Jurnalistlərlə mətbuat konfransı təşkil edən şirkət rəsmisi, “Şirkətimiz məhsul keyfiyyətinə görə siyahıda liderdir. Amma indi ictimaiyyətin "Samsung" şirkətinə olan baxışı sərtdir. Bu mənim günahımdır, hamıdan üzr istəyirəm” deyə bildirib.
Xatırladaq ki, “Samsung”un vitse-prezidenti olan Lee sabiq dövlət başçısı Park Geun-hyenin vəzifədən çıxarılmasına səbəb olan rüşvət qalmaqalı çərçivəsində mühakimə edilərək məhkum edilmişdi.