Modern.az

Dövlət Agentliyi koronavirusa yoluxmanın artma SƏBƏBLƏRİNİ açıqladı

Dövlət Agentliyi koronavirusa yoluxmanın artma SƏBƏBLƏRİNİ açıqladı

Hadisə

6 May 2020, 17:15

Son zamanlar yoluxma sayındakı artım karantin rejiminin yumşaldılması ilə bağlıdır.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.


Z.Əliyev qeyd edib ki, insanlarımız qoruyucu maska və tibbi əlcəkdən istifadə etmirlər:


“Əvvəllər hər 10 nəfərdən 5-i maska taxırdısa, indi demək olar ki, heç kim tibbi maska taxmır, sosial məsafəni gözləmirlər. Ona görə də yoluxanların sayı artır. Təəssüf ki, bu gün 67 yeni yoluxma və 2 ölüm qeydə alınıb. Hazırkı dövrədək ölkəmizdə 2127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1536 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 563 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 169.790 test aparılıb”.

 
Z.Əliyev qeyd edib ki, virusun müalicəsində dünyada hansı dərman pereparatlarından, müalicə metodlarından istifadə edilirsə, Azərbaycanda da həmin qaydada tətbiq edilir:

“Bildiyiniz kimi, Səhiyyə Naziliyi və Agentliyin təşəbbüsü ilə Türkiyədən həkimlər gətirildi. Onla da öz təcrübələrini bizim həkimlərlə bölüşür”.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi