İranda ötən sutka ərzində daha 68 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.
Modern.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur məlumat evrib.
Onun sözlərinə görə, 19 fevraldan indiyədək İranda pandemiyadan ölənlərin sayı 6 486 nəfərə yüksəlib.
Cahanpur bildirib ki, ötən 24 saat ərzində ölkədə daha 1 485 koronavirusa yoluxma halı baş verib. Bununla da İranda bu virusa yoluxanların sayı 103 135 nəfərə çatıb.
T.İSMAYIL