Dünyanın daha bir bölgəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.
Modern.az xəbər verir ki, Yeni Kaledoniyada infeksiyaya yoluxan 18 nəfərin hamısı sağalıb. Bundan başqa, bölgədə 5 213 şəxsdən test götürülüb və nəticələr neqativ çıxıb.
Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı Yeni Kaledoniyanı koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.
Qeyd edək ki, Yeni Kaledoniya Fransanın xüsusi statuslu inzibati-ərazi vahididir.
Xatırladaq ki, bundan öncə Qrelandiya, Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Surinam, Papua-Yeni Qvineya və Belizdə koronaviruslu xəstə qalmayıb.
T.İSMAYIL