Modern.az

Trampın şəxsi köməkçisi koronavirusa yoluxdu

Trampın şəxsi köməkçisi koronavirusa yoluxdu

7 May 2020, 22:45

ABŞ prezidenti Donald Trampın köməkçilərindən birinə koronavirus diaqnozu qoyulub.

Modern.az  "Report"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Hoqan Hidli bildirib.

Qeyd edilir ki, prezidentin virusa yoluxan köməkçisi ABŞ-ın Hərbi Dəniz Donanmasının qulluqçusudur. O, Trampa və ailəsinə çox yaxın şəxsdir.

Nəşrin məlumatına görə, ABŞ lideri kamerdinerinin COVID-19 testinin müsbət nəticəsi haqqında bildikdə məyus olub.

Bu xəbərdən sonra prezident və baş nazir yenidən tibbi müayinədən keçiblər. Ağ Evdə bildiriblər ki, hər iki siyasətçi sağlamdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək