Modern.az

Azərbaycanda iki avtobus toqquşdu -14 nəfər xəstəxanalıq oldu - VİDEO

Azərbaycanda iki avtobus toqquşdu -14 nəfər xəstəxanalıq oldu - VİDEO

Hadisə

8 May 2020, 10:04

Sumqayıtda iki marşrut avtobusu toqquşub. 

 

Modern.az xəbər verir ki, səhər saatlarında şəhərin Sülh prospektində  3 nömrəli xətt üzrə hərəkət edən 50 AE 771 dövlət nömrə nişanlı avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən 50 AE 731 dövlət nömrə nişanlı marşrut avtobusuna çırpılıb. Nəticəsində  8 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. 

 

 

Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. 

 

Faktla bağlı araşdırma aparılır.(APA)

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi