Son günlərin ən qalmaqalı personası ilə görüşdə iki ölkə arasındakı dostluqdan danışılıb
Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının xarici işlər naziri Guido Vestervelle ilə görüşü olub.
Modern.az AzərTAc-a istinadən bildirir ki, görüşdə Guido Vestervelle Azərbaycan ilə Almaniya arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Ölkəsinin əlaqələrimizin genişlənməsində maraqlı olduğunu vurğulayan nazir Azərbaycan-Almaniya əməkdaşlığının bütün sahələrdə strateji maraqlar üzərində qurulduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyev Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın inkişafından məmnunluğunu bildirib. Azərbaycan dövlətinin başçısı iki ölkə arasında uzun illər davam edən dostluq və əməkdaşlıq mühitinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğulayıb.
Qeyd edək ki, son vaxtlarda Almaniya ilə Azərbaycan arasında müşahidə olunan “soyuq müharibə”nin əsas fiqurlarınndan biri də Vestervelledir.
Modern.az