Modern.az

Deputatdan iddia: “AXC-Müsavat cütlüyü işğala dəstək verib”

Deputatdan iddia: “AXC-Müsavat cütlüyü işğala dəstək verib”

Aktual

8 May 2020, 12:08

"Bu gün Şuşanın Ermənistan tərəfindən işğalının 28-ci ili tamam olur. Şuşanın işğal edilməsində AXC-Müsavat cütlüyünün rolu az deyil".

 

Modern.az-ın məlumatına görə, bunu deputat Cavid Osmanov parlamentin bu gün keçirilən iclasında deyib. O bildirib ki, AXC-Müsavat cütlüyü Azərbaycan xalqına xəyanət edərək Ermənistanın Azərbaycan torpaqarının işğal etməsinə dəstək veriblər:

 

“Xəyanətkarların, satqınların toplaşdığı Millli Şura adlı qurum Ermənistanın səfirliyi, Əli Kərimli isə Ermənistanın səfiri funkisyasını yerinə yetirir. Mən hüquq mühafizə orqanlarına çağırış edirəm ki, Azərbaycan xalqını hər gün təhqir edən insaların, dövlətimiziə, müstəqilliyimizə, xalqımıza xəyanət edənlərin əməllərinə hüquqi qiymət verilməsinin vaxtıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır