Azərbaycan “Facebook” sosial şəbəkəsindən istifadə edənlərin sayına görə 87-ci yerdədir.
Modern.az Socialbakers.com saytına istinadən bildirir ki, son həftənin nəticələrinə əsasən Azərbaycan 2012-ci ilin yanvar ayı ilə müqayisədə 4 pillə irəliləyərək 762640 “Facebook” istifadəçisinə görə 87-ci yerdə qərarlaşıb.
Son 6 ay ərzində isə Azərbaycanda “Facebook” istifadəçilərin sayı 236 mindən çox olub.
“Facebook”-dan istifadə edənlərin 47 faizi 18-24 yaşlı gənclər, 23 faizi 25-34 yaşlı insanlar, 19 faizi 13-17 yaşlı yeniyetmələr, 8 faizi 35-54, 2 faiz isə 55-65 yaşında olan insanlardır.
Hazırda istifadəçilərin 64 faizi kişi, 36 faizi qadındır.
Qeyd edək ki, “Facebook” istifadəçilərinin sayına görə, ilk onluqda ABŞ, Brazilya, İndoneziya, Meksika, Böyük Britaniya, Türkiyə, Filippin, Fransa, Almaniya kimi ölkələrdir.
Aytən ƏLİYEVA