Dünyanın ən nəhəng onlayn satış şirkətlərindən olan “Amazon” şirkəti işçilərinə sentyabradək evdən işləmək haqqında göstəriş verib.
Bu barədə Modern.az-a “Amazon” şirkətində çalışan azərbaycanlılardan məlumat daxil olub.
Mövcud pandemiya səbəbi ilə işçilərin həyatını təhlükəyə atmaq istəməyən müəssisə növbəti üç ay üçün də ev şəraitində çalışmağı planlaşdırır.
Qeyd edək ki, “Amazon”un 840 mindən çox əməkdaşı var və 15 ölkədə fəaliyyət göstərir. Şirkət artıq mart ayından etibarən evdən işləməyə başlayıb.
Xatırladaq ki, bundan əvvəl “Apple”, “Microsoft”, “Twitter” və “Google” kimi internet və texnologiya şirkətləri işçilərinə evdən işləmək üçün təlimat verib.