Modern.az-ın məlumatına görə, İranın məşhur “Fars” xəbər agentliyi “Space” Teleşirkətini Azərbaycanla İran arasında çoxəsrilik dostluq, qardaşlıq münasibətlərini pozmaqda ittiham edib. Agentlik bildirib ki, “Space” televiziyası bir müddətdir ki, öz efirində antiİran kampaniyasına başlayıb. Azərbaycan telekanalını qərəzli münasibətdə ittiham edən “Fars” agentliyi rəsmi saytında İranın Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistana dəstək verməsi ilə bağlı səslənən fikirləri təkzib edib və Azərbaycan KİV-lərində bu haqda yayılan məlumatları ağ yalan adlandırıb.