Modern.az

“Ruhum Qarabağlıdır” filmi təqdim olundu - FOTOLAR

“Ruhum Qarabağlıdır” filmi təqdim olundu - FOTOLAR

5 May 2012, 18:11

Bu gün “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi ofisində “Ruhum Qarabağlıdır” filminin ölkə səviyyəsində təqdimat mərasimi keçirilib. Modern.az xəbər verir ki, tədbirdə dövlət və hökümət nümayəndələri, Milli Məclisin deputatları və kütləvi informasiya  vəsitələrinin təmsilçiləri iştirak edib.

Azərbaycan Respublikası prezidentinin Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü haqqında 09 aprel 2012-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyası rəhbərinin 17 aprel 2012-ci il tarixli 27 saylı sərəncamı ilə təsdiq olunmuş tədbirlər planın müvafiq bəndinə uyğun olaraq Xocavənd rayon İcra Hakimiyyəti tərəfindən Şuşa şəhərinin işğladan əvvəlki və hazırki, yəni işğladan sonrakı vəziyyətini özündə əks  etdirən “Ruhum Qarabağlıdır” adlı musiqili ədəbi-bədii kompazisiyadan ibarət film çəkilib.
Film Milli Məclisin deputatı Qənirə Paşayevanın “Ruhum Qarabağlıdır” şeirlər silsiləsi əsasında hazırlanıb. Film hər bir xocavəndlinin doğma torpağa qayıtmaq əzmini əks etdirdiyi, onların qəlbində keçənlərin filmdə dolğun  şəkildə ifadə olunması baxımından bütün xocavəndlilərin təqdimatında efirə verilib. Ssenari müəllifi əslən Xocavənd rayonundan olan tanınmış jurnalist və publisist Bəxtiyar Qaracanın olduğu filmin sujet xətti də xocavəndli məcburi köçkün şəhid atası Ağamirzə Həsənovun düşüncələri əsasında qurulub. Digər surətlər isə həmin məqamda Ağamirzə kişinin düşüncələri əsasında formalaşmış xəyali obrazlardır. Filmdə əsas obrazın xəyalında canlanan surətin Azərbaycanın xalq mahnısı “Sarı Gəlin”i ifa etməsi birinci anlamda həmin mahnının Azərbaycan xalqına məxsus olduğu, ikinci baxış bucağında isə Qarabağın, Şuşanın həqiqətən də Azərbaycanın musiqi və incəsənət beşiyi olmasını xarakterizə edir. Ən əsas məqam isə bu gün Qarabağlı, .uşalı ananın ifasındakı “Sarı Gəlin” əslində onun Qarabağlıdır, Şuşasıdır və işğal altında olan digər müqəddəs torpaqlarımızdır.

Filmin bütün çəkilişləri Dağlıq Qarabağda Xocavənd rayonunun “Nərgiztəpə” ərazisində və Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsində aparılıb. Filmdəki rolları peşəkar aktyorlar deyil, rayon sakinləri ifa edib.
Filmə ilk baxış 15 aprel 2012-ci il tarixdə deputat Qənirə Paşayeva, Türkiyə Cümhuriyyəti Parlamentinin deputatı “Qaradəniz İqtisadi Əməkdaşlıq Forumu” nümayəndə heyətinin rəhbəri, AKP idarə heyətinin üzvi cənab İsmayıl Safi, “Avrasiya Koalisyasının” və “Eko Avrasiya” jurnalının rəhbəri Hikmət Ərənin Xocavənd rayonuna səfərləri zamanı rayon sakinləri ilə görüş ərəfəsində baş tutub.




Anar Kəlbiyev

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu