Nikola Sarkozi prezident seçkilərinin ikinci turunda məğlub oldu
Fransada prezident seçkiləri yekunlaşıb. Sosialist Fransua Olland Fransada keçirilmiş prezident seçkilərində qələbə qazanıb.
Beləliklə Nikola Sarkozini məğlub edən Olland Fransanın yeni prezidenti olub.
Bazar günü keçirilmiş seçkilərin 2-ci turunda Fransua Olland səslərin 52%-i yığaraq qələbəsini təmin edib.
Hazırki prezident Nikola Sarkozi səslərin 48%-i toplaya bilib.
Nikola Sarkozi məğlubiyyətini etiraf edərək deyib: "Fransua Olland Fransa prezidentidir və ona ehtiram göstərilməlidir".
Modern.az