Özbəkistanda koronavirusa yoluxanların sayı artıb.
Modern.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi daha 11 nəfərdə koronavirus aşkarlandığını açıqlayıb.
Bununla da ölkədə koronavirusa yoluxmaların sayı 2 325-ə çatıb.
Məlumata görə, virusa yoluxan 1 775 nəfər sağalıb. Hazırda 540 nəfər müalicə alır, 10 xəstənin vəziyyəti ağırdır.