Modern.az

Ermənistan müxalifəti seçkilərdə məğlub oldu

Ermənistan müxalifəti seçkilərdə məğlub oldu

7 May 2012, 09:05

Modern.az-ın məlumatına görə, dünən Ermənistanda keçirilən parlament seçkiləri prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının qalibiyyəti ilə başa çatıb. Ermənistan Mərkəzi Seçki Komissiyasının ilkin açıqlamasına görə, Respublikaçılar Partiyası 44 faiz səslə yeganə liderdir. Seçkilərdə iştirak edən digər 8 partiya isə minimum səs toplayaraq qalibdən xeyli uzaqda qalıb.

Seçkilərdə hər şeyin şəffaf olacağına söz verən hökumətə baxmayaraq müxalifət partiyası Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan Respublikaçılar Partiyasını seçkiləri saxkarlaşdırmaqda günahlandırdı. Erməni müxalifəti bu dəfə də parlamentdə toplum şəklində təmsil olunmağı bacarmadı

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 131 deputat yerindən 90-nı partiya üzrə, 41-i isə birmandatlı seçki dairələri üzrə seçiləcək.  Seçkidə iştirak edək siyasi partiyaların parlamentə düşə bilməsi üçün 5, blokların isə 7 faizlik baryeri keçmələri əsas şərt idi.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu