Modern.az

Bayram Səfərov: “Ermənilərin hər yerdən əlləri üzüləndən sonra qayıdacaqlar üstümüzə?”

Bayram Səfərov: “Ermənilərin hər yerdən əlləri üzüləndən sonra qayıdacaqlar üstümüzə?”

7 May 2012, 10:38

“İyirmi il Şuşasızlıq çox çətindir. Bütün şuşalılara, Azərbaycan xalqına Şuşasızlıq bir dəhşətdir”.
Bu sözləri Modern.az saytına açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov bildirib:

“Xalq Ali Baş Komandanımızın əmrini, göstərişini gözləyir. Biz torpaqlarımızı mütləq azad etməliyik. Ermənilərin talan etdikləri, dağıtdıqları abidələrimizi, ev-eşiyimizi, qəbiristanlıqlarımızı - hamısını bərpa edib ata-baba yurdumuzda yaşamalıyıq. Şuşanın əvvəlki çal-çağırlı illəri geri dönməlidir”.

B.Səfərov yalnız bundan sonra şəhidlərin ruhunun şad ola biləcəyini qeyd edib.

“Ali Baş Komandanın apardığı siyasət çox düzdür, bütün xalqımız onu dəstəkləyir. Azərbaycanın gücü bu gün müdafiə olunması üçün deyil, hücum edib torpaqlarını işğaldan azad etməsi üçün yetərlidir. Hərbi gücümüz bir necə dəfə Ermənistandan artıqdır. Bu gün Azərbaycanın bütün silah-sursatı, texnikası yenilənib, müasir günün tələblərinə cavab verir və büdcəsi Ermənistan büdcəsindən on qat artıqdır”.

İcma sədri vurğulayıb ki, bu gün torpaqlarımızı hər dəqiqə azad etməkdən ötrü qəlbən, içindən gələrək döyüşmək arzusunda olan övladlarımız var.

“Möhtərəm prezidentimizin apardığı siyasəti xalqımız bəyənir və onun seçdiyi yol düzgündür. Bu gün Azərbaycanın səsi Birləşmiş Millətlər Təşklilatının baş kürsülərindən gəlir. Azərbaycan bu gün Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, 155 dövlət seçilməsi üçün ona səs verib”.

Bayram Səfərov bütün bunların Azərbaycanın uğurları, qələbəsi olduğunu qeyd edib.

“Ermənistan isə hər gün bütün dünyada ifşa olunur. Onlar bu gün özlərini idarə edə bilmirlər. Nə qədər dilənçiliklə, yolçuluqla, əllərini uzatmaqla diaspordan, başqa yerlərdən onlara kömək olacaq? Bunun da bir zamanı, dövrü var. Sonra nə edəcəklər? Hər yerdən əlləri üzüləndə də yenidən qayıdacaqlar bizim üstümüzə? Onda gec olacaq. Ona görə sadə ermənilər - Azərbaycanla birgə yaşamaq istəyən ermənilər bu haqda düşünməlidirlər. Onların başqa yolu yoxdur. Azərbaycan xalqının sayı da artıbdır. Azərbaycanın inkişafı da böyükdür. Ölkəmiz bütün dünyada tanınır, bilinir, bunlar göz qabağındadır. Xarici jurnalistlər, başqa adamlar həm Azərbaycan, həm Ermənistanda olurlar, hər şey müqayisə olunur və bunların hamısı deyilir”.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu