Modern.az

Ölkəmizin hər yerində tibbi maska taxmaq məcburidir - Nazirlik

Ölkəmizin hər yerində tibbi maska taxmaq məcburidir - Nazirlik

9 May 2020, 15:00

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən karantin rejimi yumşaldılıb.

 

Karantin dövründəki tələblərin əksəriyyəti  bölgə və rayonlarımızda aradan qaldırılıb.

 

Maraqlıdır, görəsən karantin rejimi yumşaldılan bölgələrimizdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda olduğu kimi maska taxmaq zərurəti varmı? Əgər zərurət varsa, qaydanı pozan şəxslər cərimələnir?

 

Bununla bağlı Modern.az-a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov əksər bölgələrdə karantin yumşaldılsa da bütün ölkə üzrə vahid zərurət var ki, hamı maska taxmalıdır:

 

“Ölkənilən istənilən bölgəsində tibbi maskadan mütləq qaydada istifadə olunmalıdır. Maskadan istifadə etməklə bərabər, karantin rejiminin qaydalarına uyğun olaraq ölkə üzrə hər yerdə insanlar sosial məsafəni gözləməlidir.

 

Maska istifadə etməyən şəxslərə ciddi xəbərdarlıq olunur və bildirilir ki, mütləq şəkildə tibbi maskadan istifadə etsinlər”.

 

Maska istifadə etməyən şəxslərin cərimə olunub-olunmaması ilə bağlı sualımıza isə polis-polkovniki bölgələrdə sadəcə ciddi nəzarətin və xəbərdarlığın olduğu cavabını verdi.

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...