Modern.az

İctimai Palatanın piketi başa çatdı

İctimai Palatanın piketi başa çatdı

7 May 2012, 12:23

İctimai Palatanın Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket başa çatıb. Aksiyada iştirak edən Müsavat başqanın müavini Gülağa Aslanlı  bildirib ki, aksiya uğurlu olub. “Polis ilk dəfə idi ki, piketi dağıtmağa ciddi cəhd və zorakılıq nümayiş etdirmədi. Bununla yanaşı ayrı-ayrı polislər tərəfindən zorakılıq faktları oldu. Bir neçə nəfər saxlanılıb”-deyə o bildirib.

Hazırda polis “İçərişəhər”  metrostansiyası ətrafında piketçilərin sonuncu dəstəsini metro girişində müşayət edirlər. Piket üçün BŞİH-yə bir həftə əvvəldən müraciət edilib. İP-yə 6 maya təyin olunmuş mitinqlə bağlı müraciətə verilən cavab məktubunda 7 mayda piket keçirilməsinin məqsədəuyğun olmadığı yazılıb.

İctimai Palata mayın 5-də keçirilən sessiyasında bildirilib ki, «müxalifət 7 may aksiyası vasitəsilə Azərbaycanda sərbəst toplaşmaq azadlığının olmadığını dünyaya göstərmək istəyir».

Azərbaycan rəsmiləri isə Azərbaycanda sərbəst toplaşma azadlığının təmin olunduğunu bildirirlər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu