T ələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a verilən məlumata görə, qurum tərəfindən cari ildə sonuncu sınaq imtahanı 2012-ci il may ayının 27-də keçiriləcəkdir. İmtahan iştirakçılarına yeni (4 nömrəli) test kitabçası təqdim olunacaq.
Bildirilib ki, sonuncu sınaq imtahanı Bakı şəhəri ilə yanaşı respublikanın bir sıra şəhər və rayonlarında keçiriləcəkdir. Yazılış bu gündən - mayın 7-dən başlanacaqdır.
Modern.az