Modern.az

Bu ölkədə fövqəladə vəziyyət rejimi iyulun 10-dək uzadıldı

Bu ölkədə fövqəladə vəziyyət rejimi iyulun 10-dək uzadıldı

9 May 2020, 23:47

Fransa parlamenti ölkədə koronavirusla əlaqədar fövqəladə vəziyyət rejiminin iyulun 10-dək uzadılması barədə qanun layihəsini təsdiq edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransa Milli Məclisinin (parlamentin aşağı palatası) "Twitter" səhifəsində bildirilir.

Məlumata görə, birgə paritet komitəsində deputatlar və senatorlar arasında razılıq əldə edildikdən sonra Milli Məclis səhiyyə sahəsində fövqəladə vəziyyətin uzadılması barədə qanun layihəsini qəbul edib.

Bildirilir ki, daha əvvəl bu sənəd üzrə səsvermə Senatda keçirilib. Təqdim olunan layihənin lehinə 252 deputat, əleyhinə isə 87 deputat səs verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək