Modern.az

Sabah paytaxtda 26 dərəcə isti olacaq

Sabah paytaxtda 26 dərəcə isti olacaq

7 May 2012, 13:13

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında mayın 8-də hava şəraitinin dəyişkən buludlu, səhər zəif duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə mayın 8-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacaq.

Məlumata əsasən, mayın 8-dən 11-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişikliklər gözlənilmir. Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu