Səudiyyə Ərəbistanının keçmiş kralı Abdullah bin Abduləzizin oğlu şahzadə Faysal bin Abdullah rüşvət ittihamı ilə həbs edilib.
Modern.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə BMT-nin İnsan haqları üzrə Ali Komissiyası məlumat yayıb. Verilən məlumata görə krallıq şahzadənin həbs edilməsi faktını təsdiqləyib. Faysalın harada saxlanması haqqında məlumat verilmir. Hətta krallıq onun vəziyyəti ilə maraqlanmaq istəyən Ali Komissiya katibinin istəyini də rədd edib.
Rəsmi xəbərlərdə onun rüşvətə bulaşmış 300 kraliyət ailəsi üzvündən biri olduğu bildirilir. Bu ilin martın 27-dən ev həbsində olan Faysalın iki gün öncə həbs edildiyi və gizli məkanda saxlanıldığı vurğulanır.
Qeyd edək ki, Faysal ibn Abduləziz eyni zamanda, Səudiyyə Ərəbistanının Berlindəki səlahiyyətli konsuludur.
Huncay Mete