Vladimir Putinin andiçmə mərasimi başa çatıb. Modern.az bildirir ki, Putin Konstitusiyaya and içib. O artıq üçüncü dəfədir ki, Rusiyaya başçılıq edəcək. Andiçmə mərasiminə qara kostyumda gələn Putini onun həyat yoldaşı müşayiət edib. Dimitri Medvedev Putinə uğurlar arzu edib. Daha sonra patriarx Kiril yeni dövlət başçısına xeyiir-dua verib. Bundan sonra andiçmə başlanıb. Mərasim bitdikdən sonra Medvedev və Putin Kreml həyətində prezident polkunun paradına baxıblar.
Qeyd edək ki, Putinin inaqurasiyasına etiraz olaraq müxalifət dünən Moskvada 50 minlik aksiya keçirib. Polislə qarşıdurma nəticəsində 400 nəfər saxlanılıb. Müxalifət liderlərindən olan Udaltsov, Navalnıy və Nemtsov saxlanılıb.