Modern.az

Zlatan İbrahimoviç karantinə alınacaq

Zlatan İbrahimoviç karantinə alınacaq

10 May 2020, 12:58

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İtaliyaya qayıtmağa hazırlaşır.

 

Modern.az-ın məlumatına görə, isveçli forvard sabah ölkəsindən Milana yollanacaq.

 

Koronavirus pandemiyası səbəbindən çempionatda yaranmış fasilədən yararlanaraq "Hammarbü"nün düşərgəsində məşq edən veteran futbolçu İtaliyaya dönən kimi iki həftəlik karantinə alınacaq. Yalnız bu müddətdən sonra "Milan"ın məşqlərinə qoşulacaq.

 

Qeyd edək ki, Zlatan İbrahimoviç bu mövsüm "rossonyerlər"in heyətində 10 oyunda 4 qol vurub.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək