Modern.az

Hindistan və Çin hərbçiləri sərhəddə dalaşdılar

Hindistan və Çin hərbçiləri sərhəddə dalaşdılar

10 May 2020, 13:35

Şənbə günü Hindistan və Çin hərbçiləri sərhəddə dalaşıblar.

 

Modern.az-ın PTI agentliyinə istinadən verdiyi məlumata görə, hər iki tərəfdən 150-yə qədər hərbçinin əlbəyaxa dava-dalaşı Hindistanın Sikkim ştatının Çinlə sərhədində baş verib.

 

Hazırda dava-dalaşda iştirak edən hər iki ölkənin hərbçiləri hadisə yerindən uzaqlaşdırılıblar. Münaqişə iki ölkənin bölgədəki komandirlərinin danışıqlarından sonra başa çatıb.

 

İlkin məlumata görə, tərəflər odlu silahdan istifadə etməyib, dava-dalaş zamanı bir-birlərinə daş-kəsək atıblar.

 

Xatırladaq ki, Hindistan və Çin arasında 1962-ci ildə silahlı qarşıdurma olub. Pekin indiyə qədər Hindistanın Arunaçal-Pradeş ştatında 3,5 min kv.km. əraziyə iddia edir. Rəsmi Dehli isə Çini Cammu və Kəşmir ştatlarında 43 min kv km. ərazini qanunsuz işğal etməkdə günahlandırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək