Hərbi Gürcüstan Yolu bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün qapadılıb.
Modern.az xəbər verir ki, bu məlumatı Şimali Osetiyanın Fövqəladə Hallar Nazirliyi yayıb. Məlumata görə, yol yerli vaxtla 09:10-da qapadılıb. Yolun qapadılmasına səbəb Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi olub.
Qeyd edək ki, Gürcü Hərbi Yolu Rusiyanı Gürcüstan və Ermənistanla bağlayan yeganə quru yoludur.