Modern.az

Zəlzələdən zərər çəkən ailələrə çadırlar qurulur

Zəlzələdən zərər çəkən ailələrə çadırlar qurulur

7 May 2012, 15:32

Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatala rayonunda baş verən zəlzələ ilə bağlı yeni məlumat yayıb. Modern.az nazirliyə istinadən xəbər verir ki, bu gün Zaqatala rayonundan 17 km cənub-qərbdə qeydə alınan zəlzələ ilə əlaqədar fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin mütəxəssisləri tərəfindən hazırda hadisə zonasına baxış keçirilir. Nazir artıq Zaqatala rayonunun Muxax, Zəyəm və Bazar kəndlərində olub və oradakı vəziyyətlə tanış olub. Keçirilən ilkin baxışlar nəticəsində adıçəkilən kəndlərin hər birində 20-ə qədər yaşayış evinin ciddi zədələndiyi müəyyən edilib. Ciddi dağıntıya məruz qalan  evlərin sahibləri üçün yeni evlərin tikilməsi və təmirə ehtiyacı olan evlərdə bərpa-bərkitmə işlərinin görülməsi nəzərdə tutulub.
Zəlzələ nəticəsində dəymiş ziyanın miqyasının müəyyən edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlərin görülməsi davam etdirilir. Zədələnmiş tikililərin vəziyyətinin müəyyən edilməsi üçün yerlərdə müvafiq kommissiyalar fəaliyyətə başlayıb. FHN-i tərəfindən evləri ciddi ziyan çəkən  sakinlər üçün çadırların qurulmasına başlanılıb. Bölgədəki infrastruktur obyektləri normal iş fəaliyyətini davam etdirir. Son məlumatlara  əsasən, zəlzələ nəticəsində ciddi xəsarət alan yoxdur.

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu