Modern.az

Bahar Muradova: “Gənclik Azərbaycanın problemlərini öz problemi bilir”

Bahar Muradova: “Gənclik Azərbaycanın problemlərini öz problemi bilir”

Parlament

7 May 2012, 16:16

“Mən söyləmək istəmirəm ki, bugünki gənc nəsil və yaxud da onların müəyyən bir qismi Qarabağ həqiqətlərini az bilir, onların Qarabağ sevgisi, torpaq, vətən sevgisi azdır. Hərçənd ki, bunu söyləyənlər var. Ümumiyyətlə hiss etdiyim odur ki, bütün gənclik Azərbaycanın problemlərini öz problemləri bilir. Bu problemlərin həllində də özünün vəzifəsini dərk edir”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova  ölkədə gənclərin fəallığı ilə bağlı müşahidələrini bölüşərkən deyib.

Onun sözlərinə görə, gənclikdən şikayətçi olmaq fikri yoxdur. “Bu sanki bir adət halını alıb. Hər zaman gənclikdən şikayət ruhlu fikirlər səslənir. Bu bəlkə də böyüklərin gəncliyə həddindən artıq tələbkar olmasından, onları yalnız özləri kimi görmək istəməsindən irəli gəlir. Mən bütün bunları normal, təbii qəbul edirəm. Amma hesab edirəm bu bizə onu söyləməyə əsas vermir ki, gənclik bu gün Qarabağ haqqında bizim dediyimiz şəkildə danışmırsa və yaxud da hansısa məsələyə münasibəti bizim standartlara uyğun deyilsə o, yanlışdır. Nəticəyə baxmaq lazımdır”.

Azərbaycan gəncliyinin yüksək savad aldığını deyən vitse-spiker qeyd edib ki, bu kəsim yeni texnologiyalara yaşlı və orta nəsldən daha çox yaxındır.
“Onlar öz həmyaşıdı olan digər millətlər və xalqların nümayəndələri ilə daha tez ünsiyyətə girə bilir. Dünyanın o başı ilə gecə-gündüz məktublaşır, salamlaşır, fikirlərini bölüşür. Yəni bütün bunlar onların üstünlükləridir və o üstünlüklərdən istifadə edərək məqsədə xidmət etməyin yollarında biz ona dəstək olmalıyıq”-deyə Bahar Muradova vurğulayıb.

Milli Məclisin sədr müavini qeyd edib ki, bu günki gəncliyi xalqın ümidi kimi görür.

“Gənclik bizim gələcəyimizdir. Biz bu gələcəyimizin lazimi yolda olması üçün ona həm dəstək olmalıyıq, anlamalıyıq. Həm də yeri gələndə səhvlərini başa salmalıyıq”-deyə o vurğulayıb.

Bahar Muradova gəncləri bir az daha artıq milli köklərə bağlılıq məsələsinə diqqət yetirməyə çağırıb.
“Gənclik tövsiyyə almağı xoşlamır. Yaxşı olardı ki,  bir az daha artıq milli köklərə bağlılıq məsələrinə diqqət yetirsinlər. Bəlkə də bu gün bizi də narazı salan bəzi məqamlar bununla bağlıdır. Kimlərsə yeni tendensiyaları əsas götürərək “Bu gün elədir, mən beləyəm” söyləyə bilər. Amma hansısa yaşında o mütləq milli köklərə qayıdacaq. Amma daha yaxşı olar ki, o ilk gündən bu mühiti qəbul etsin. O özünün haradan qaynaqlandğını, hara bağlı olduğunu nələrin üzərində dayanmalı olduğunu bu gündən dərk etsin və o mənada onun əldə etdikləri mütləq bununla birləşəndə mütləq müsbət nəticəyə nail olacaq”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım