Modern.az

“Eurovision”un aparıcıları ilk məşqlərini ediblər

“Eurovision”un aparıcıları ilk məşqlərini ediblər

7 May 2012, 16:42

 

 Bu gün "Bakı Kristal Zalı"nda Eurovision Mahnı Müsabiqəsi 2012-nin aparıcıları Eldar, Leyla və Nərgizin ilk məşqi keçirilib. Məşqi Eurovision Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand, Eurovision Mahnı Müsabiqəsi 2012 İşçi Qrupunun rəhbəri Adil Kərimli, müsabiqənin təşkilatı işlər üzrə rəhbəri Sietse Bakker, "Brainpool" şirkətinin rəhbəri Yorq Qraboş izləyib.

Təəssüratlarını eurovision.az saytına bölüşən Yorq Qraboş aparıcıların “Bakı Kristal Zalı”ndakı  ilk  məşqdən yaxşı göründüklərini bildirib. Bu da o deməkdir ki, onlar bu möhtəşəm şounun çox gözəl aparıcıları olacaqlar. Biz Bakıda Eurovision şousunu Avropaya göstərmək üçün səbirsizlənirik”-deyə Yorq Qraboş bildirib. 

 "Bakı Kristal Zalı"nın möhtəşəmliyini vurğulayan aparıcılar bu səhnədə çıxış etməyin super bir hiss olduğunu dilə gətiriblər.  «Bu möhtəşəmliyi Avropaya hiss etdirməyə çalışacağıq» deyə aparıcılar bildirib.

Qeyd edək ki, Leyla, Nərgiz və Eldar bu günlərdə Almaniyanın Köln şəhərində ikinci treninqdə olub. Onlar Düsseldorfda keçirilən Eurovision Mahnı Müsabiqəsi 2011-in aparıcılarından olan Anke Engelke ilə görüşüblər və təcrübə mübadiləsi aparıblar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu