Modern.az

Zaqatalada daha iki dəfə zəlzələ olub

Zaqatalada daha iki dəfə zəlzələ olub

7 May 2012, 17:43

Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a verilən məlumata görə, günün ikinci yarısından respublikanın şimal-qərb bölgəsində növbəti dəfə yeraltı təkan qeydə alınıb. Rəsmi məlumata əsasən, yerli vaxtla saat 10:40:28.22-də, Zaqatala rayonundan 25 km cənubi-qərbdə zəlzələ olub. Yeraltı təkan Zaqatalada 4.0 , Qax, Oğuz, Şəki, Mingəçevir, Gədəbəy, Şəmkir rayonlarında 2.0-4.0 bal gücündə hiss olunub.

Daha bir zəlzələ isə yerli vaxtla saat 13:36:21-da, Zaqatala rayonundan 18 km cənubi-şərqdə zəlzələ qeydə alınıb. Zaqatalada 4.0 , Qax, Oğuz, Şəki rayonlarında 2.0-3.0 bal gücündə hiss olunub. İnsan Təlafatı və tikililərdə dağıntı yoxdur.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu