Modern.az

İranda karantin bitir, məktəblər açılır

İranda karantin bitir, məktəblər açılır

Aktual

12 May 2020, 17:10

İranda karantin rejimi ilə əlaqədar tətilə buraxılan məktəblərin fəaliyyəti mayın 16-dan bərpa olunacaq.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Təhsil və Elm Nazirliyi açıqlama yayıb. Açıqlamada şagird eləcə də məktəb işçilərinin qoruyucu maska və əlcək taxmağının məcburi olacağı və sosial məsafə qaydalarının tətbiq olunacağını bildirilib.

 

Həmçinin, distant təhsildə çətinlik yaşamayan şagirdlər üçün məktəbə gəlməyin məcburi olmadığı da qeyd edilib.

Xatırladaq ki, martın 5-dən etibarən İranda koronavirusun yayılması səbəbilə bütün tədris müəssisələrinin fəaliyyətinə fasilə verilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal