Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Rusiya Federasiyası ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün sənəd qəbulu bu gün başa çatacaq
Belə ki, Rusiya Federasiyası ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər (ünvan:akademik Həsən Əliyev küçəsi, 17).
Qeydiyyat bu gün – 8 may saat 17:00-da başa çatacaqdır.
Modern.az