Fransada 57 yaşlı Fransua Ollandın prezident seçkilərindəki qələbəsi həm də ölkənin yeni birinci xanımını da müəyyən edib. Modern.az Yelisey sarayının yeni sahibəsini təqdim edir.
Fransua Ollandın həyat yoldaşının adı Valeri Trierveylerdir. 1965-ci ildə anadan olan Valeri Fransada tanınmış jurnalistdir. Sorbonn Unversitetini bitirən “1-ci xanım” orada tarixi, politologiyanı və huquq öyrənib. Ttrierveyler ciddi jurnalistika ilə məşğuldur.
2005-ci ildə Fransa televiziyasında fəaliyyətə başlayan Valeri siyasi tok-şounun aparıcısı olub. O hazırda işlədiyi “Direct 8” telekanalında “siyasi müzakirələr” şousunun tanınmış aparıcısıdır.
Trierveyler iki dəfə ərdə olub. İkinci nikahdan onun 3 uşağı var. 1988-ci ildən Ollandı tanıyan Valeri siyasətçi ilə 2006-cı ildən görüşməyə başlayıb. Onlar bir neçə il münasibətlərini gizli saxlasalar da, 2010-cu ildə bunu rəsmən açıqladılar. Valerinin Ollandla rəsmi nikahı yoxdur və onlar vətəndaş nikahında yaşayırlar. Buna baxmayaraq, Valeri bundan sonra “1-ci xanım” titulunu daşıyacaq.
Qeyd edək ki, Fransua Ollandın birinci arvadı Fransa siyasətçiləri arasında məşhur olan Seqoleyn Rualdır. O, 2006-cı ildəki seçkilərdə Nikola Sarkozinin rəqibi olub. Olland Rualla boşansa da, münasibətlərini saxlayıb. Onun Rualdan 3 övladı var.
X. SƏFƏROĞLU