Modern.az

Türkiyədə koronavirusdan sagalanların sayı 101 715-ə çatdı

Türkiyədə koronavirusdan sagalanların sayı 101 715-ə çatdı

13 May 2020, 20:06

Türkiyədə son sutka ərzində daha 58 nəfər koronavirusdan ölüb.


Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.


Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 3 952 nəfərə çatıb:

"Son 24 saatda 33 332 şübhəli koronavirus testindən keçib. Koronavirus testindən keçənlərdən 1 639 nəfərinin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  143 114 nəfərə çatıb. Müalicə olunan 2 826  xəstə isə bu gün evə buraxılıb. İndiyədək  101 715 nəfər koronavirusdan müalicə olunub".

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək