Modern.az

İtaliya çempionatı bərpa olunur

İtaliya çempionatı bərpa olunur

13 May 2020, 23:33

İtaliya A Seriyasının bərpa olunacağı tarix məlum olub.

Modern.az  xəbər verir ki, bu barədə çempionatın rəsmi saytında məlumat verilib. Bildirilib ki, liqa iyunun 13-də qaldığı yerdən davam edəcək.

Mayın 18-dən klubların kollektiv şəkildə məşqlərə başlamasına icazə verilib. Ölkə kubokunun isə avqustun 2-dək başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək