Modern.az

Səhiyyə naziri “Eurovision”a görə toplantı keçirib

Səhiyyə naziri  “Eurovision”a görə toplantı keçirib

Təhsil

8 May 2012, 14:56

 “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Bakının bir çox səhiyyə müəssisələri gücləndirilmiş iş rejimdə fəaliyyət göstərəcək. Görülən işlər və müsabiqədə iştirak üçün ölkəyə gələcək qonaqların tibbi təminatını müzakirə etmək məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyevın rəhbərliyi ilə xüsusi toplantı keçirilib. Bu barədə Modern.az-a nazirliyin mətbuat xidməti məlumat verib.

 “Eurovision -2012” mahnı müsabiqəsinin iştirakçılarının və qonaqların tibbi təminatı barədə məlumat verən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev “Eurovizion -2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 may 2011-ci il tarixli 1521 nömrəli , Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 aprel 2012-ci il tarixli 61-5 nömrəli müvafiq sərəncamlarını icra etmək və müsabiqə iştirakçılarına, qonaqlara tibbi xidməti təşkil etmək məqədilə müvafiq tədbirlər görüldüyünü bildirib. Belə ki, 13.05-20.05.2012-ci il tarixlərdə keçiriləcək məşqlər ,21.05-26.05.2012-ci il tarixlərdə isə keçiriləcək müsabiqə zamanı ehtiyac olduğu halda lazımı tibbi xidmət göstərilməsi üçün 200 nəfər tibb işçisi xüsusi hazırlıq keçmiş, müvafiq şöbələr üzrə 103 çarpayı ayrılıb. R.Nağıyev bildirdi ki, Klinik Tibbi Mərkəzdə bütün şöbələr üzrə (terapiya, nevrologiya, kardiologiya, reanimasiya, uşaq və böyüklər üçün travmatologiya, cərrahiyyə , o cümlədən üz-çənə cərrahiyyəsi, toksikologiya, doğum, ginekologiya və yoluxucu) 40 nəfər həkim xarici dil üzrə müvafiq kurs keçib. 2 nömrəli Uşaq Klinik Xəstəxanasında da bütün şöbələr üzrə (pediatriya, yoluxucu, o cümlədən meningit, reanimasiya və otolorinqoloji ) xidmətlər üzrə 10 nəfər həkim xarici dil üzrə müvafiq kurs keçmişdir. 5 nömrəli Şəhər Klinik Xəstəxanasında yanıq və reanimasiya şöbələri üzrə 4 nəfər həkim xarici dil üzrə müvafiq kurslar keçibdir. 5 nömrəli Doğum Evində bütün şöbələr üzrə (reanimasiya, doğum və ginekologiya) 5 nəfər həkim xarici dil üzrə müvafiq kurs keçibdir.

Bakı şəhər TTTYS tərəfindən ayrılmış 31 təcili yardım briqadası növbədə olacaqdır ki, onlardan 13 briqada mehmanxanalarda, 11 briqada (məşqlər zamanı, 7- müsabiqə zamanı əlavə -4 ) Kristal zalda 5 briqada (məşqlər zamanı -4, müsabiqə zamanı əlavə -1) Əl Oyunları İdman Sarayında və 2 briqada isə Dənizkənarı Parkda növbə çəkəcəkdir. Bu briqadaların 104 həkimi və 37 orta tibb işçisi xarici dil üzrə müvafiq kurs keçibdir.

 Tədbirdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri tərəfindən iaşə müəssisələrində sanitariya qaydalarına ciddi riayət olunmasına nəzarətin təmin olunacağı haqqında da məlumat verildi. Sonda nazir O. Şirəliyev belə bir tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışdı və bu tədbirin uğurlu, yadda qalan olması üçün bütün səylərdən istifadə olunmasının vacibliyini vurğulayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza